AZ

Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri

Bakı. Trend:

Bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnikazlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır.

Trend-in məlumatına görə, bunu Yeni Kaledoniya Konqresininİnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika,Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin Bakıdakeçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratınıtəyin etməklə bağlı üçüncü referendumun keçirilməsinə mane olmağaçalışır.

“Fransa müstəmləkəçilik siyasətini artıq qanunvericilikbaxımından da reallaşdırmağa çalışır. Bunda da məqsəd odur ki,minlərlə insan Fransanın xeyrinə qərarlar qəbul etsin. Hətta Fransaçalışır ki, kənardan 30 min insana səs vermək hüququ versin və özistəyinə nail olsun.

Yeni Kaledoniya zaman-zaman Fransa ilə müxtəlif müqavilələrimzalayıb. Onların vasitəsilə Fransa Yeni Kaledoniya xalqınınmüqəddəratını və müstəqilliyinə dəstək göstərməli idi. Lakin bu günFransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqlarınhüquqlarını məhdudlaşdırmağa çalışır”, - deyə o əlavə edib.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla