AZ

Rihanna yaz stili ilə diqqət mərkəzində

Qara saçlarını sarıya boyayan dünya şöhrətli müğənni Rihanna bahar stili ilə bir daha izləyiciləri ilhamlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi ötən gün "Fenty x Puma" işbirliyinin təqdimatı şərəfinə Londonda təşkil edilən ziyafətə qatılıb.

O, gecəyə böyük ölçülü bej kostyumda gəlib. Boş üst geyimlərini sevən ulduz sübut edib ki, onlar hələ də dəbdədir. Obrazını bir rəngin oxşar çalarları üzərində quran pop ulduzu makiyajda və manikürdə qırmızı rəngə üstünlük verib. Bununla da o, açıq qəhvəyinin solğun təsirini azaltmağa çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
17
publika.az

10Mənbələr