AZ

“Bu şəxslərin futboldan ömürlük uzaqlaşdırılması haqsızlıqdı” - tanınmış vəkil “İrəvan”ın oyunçularının müdafiəsinə qalxdı

Aprelin 9-daAFFA Apellyasiya Arbitraj Tribunalı qərarlarını açıqladı.

Bəlli oldu ki, futbolçuların danışılmış oyunlarda iştirakı ilə bağlı intizam pozuntusunun törədilməsi və buna görə müvafiq sanksiyasının tətbiq edilməsi barədəverilmiş müvafiq apellyasiya şikayətləri təmin edilməyib. Belə ki, 1-ci liqada “İrəvan”da çıxış edən Ege Atlamın danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilməsi və onun komanda yoldaşı Kamal Mirzəyevin danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə və bununla da AFFA İntizam Məcəlləsinin 107.4-cü maddəsi ilə nəzərdə tutulan intizam pozuntusunu törətdiyinə görə biri şərti olmaqla 2 il müddətdə futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi qərarı dəyişdirilməyib. Hər iki futbolçunun Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək haqqı var.

Adı çəkilən futbolçuların hüquqlarını vəkil Elcan Həsənli qoruyur. O, Apellyasiya Arbitraj Tribunalının qərarıyla razılaşmadığını, yenidən şikayət edəcəyini bildirdi:

“Məlumdu ki, AFFA İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı ilə bağlı apellyasiya şikayəti vermişdik. Bu isə əsassız yerə təmin edilmədi. Baxmayaraq ki, əlimizdə kifayət qədər dəlillərimiz var idi, hər birini də məhkəməyə təqdim etmişik. Təəssüf ki, hansı sübutlardan söz getdiyini ictimaiyyətə açıqlaya bilmərik. Qeyd edim ki, indiyə qədər İntizam Komitəsinin qərarı bizə rəsmi şəkildə təqdim olunmayıb. Bu şəxsləri qanunsuz olaraq futboldan ömürlük uzaqlaşdırıblar. Bununla bağlı ən qısa zamanda İdman Arbitraj Məhkəməsinə şikayət ünvanlayacağıq. Hələ ki qərarın bizə rəsmi şəkildə təqdim edilməsini gözləyirik. Çünki zamanımız azdı. Hər iki idmançı üçün apellyasiya şikayəti verəcəyik. Verilən qərarla razılaşmır və əsassız sayırıq. İstəyimiz bu qərarın ləğv edilməlidi. Bu şəxslərin futboldan ömürlük uzaqlaşdırılması haqsızlıqdı”.

RÖYANƏ OĞUZ
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla