AZ

ABŞ səfirliyinin hərbi attaşesi Gümrüyə səfər edib - FOTO

ABŞ-ın Ermənistandakı səfirliyinin hərbi attaşesi Gümrüyə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

 

O, uşaq bağçasının yenidən qurulması layihəsinin başa çatması ilə əlaqədar burada olub. Layihənin ümumi dəyəri təqribən 770 000 ABŞ dollarıdır və məbləğə bütün yeni pəncərələr, yeni qazanxana, yeni istilik sistemi, hamam və mətbəxin təmiri daxildir.

 

Bağçanın yenidən qurulması uşaqların rahatlığını xeyli yaxşılaşdırıb, müəllimlər üçün daha yaxşı iş şəraiti yaradıb. Bu layihə ABŞ-ın Avropa Komandanlığının Humanitar Yardım Proqramı tərəfindən maliyyələşdirilir.

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla