AZ

G7 ölkələrinə ÇAĞIRIŞ – İrana qarşı daha sərt olun

Almaniyanın xarici işlər naziri Annalena Berbok G7 ölkələrini İrana qarşı daha sərt siyasət yürütməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, eyni zamanda Yaxın Şərqdə münaqişənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib.

Nazir G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib ki, İran təcrid olunmalıdır. Eyni zamanda, Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsinin qarşısını almaq lazımdır. Annalena Berbok deyib ki, nazirlərin görüşündə İrana qarşı mübarizə tədbirləri müzakirə olunacaq.

Qeyd edək ki, Neapol körfəzdə yerləşən Kapri adasında başlayan G7 ölkələrinin xarici işlər nazirlərinin iclası aprelin 19-dək davam edəcək. İclasda Yaxın Şərqdəki son hadisələr, həmçinin Qəzza sektoruna hadisələrin inkişafı, Rusiya ilə qarşıdurmada Ukraynaya yardım, Afrika ilə əməkdaşlığın gücləndirilməsi, Hindistan-Sakit okean regionunda ticarətin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla