AZ

"Xarici ölkə hərbçilərinin ərazimizdə olması..." - Ekspert

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunan birgə bəyanatın şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yaradılmışdı. Bu monitorinq mərkəzi rus kontingentinin Qarabağda tərəflər arasında atəşkəs rejiminə nəzarət etməsi üzrə funkiyaların yerinə yetirilməsini monitorinq edirdi”.



Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda rus kontingentin Azərbaycan ərazilərindən çıxarılmasına başlanılıb və Türkiyə Böyük Millət Məclisi də həmin monitorinq mərkəzinin bağlanması barədə qərar qəbul edib:

"Hesab edirəm ki, bu, Azərbaycanın maraqlarına tamamilə cavab verir. Çünki bizim konstitutsiyamız ərazimizdə başqa ölkələrə aid hərbi qüvvələrin saxlanılmasını nəzərdə tutmur. Bu isə Türkiyə və Azərbaycan münasibətlərinə heç bir halda təsir etməyəcək. Azərbaycan-Türkiyə münasibətləri sənədlər və Şuşa bəyannaməsi ilə tənzimlənir. Bizim ikitərəfli əməkdaşlığımız bundan sonra da yüksələn dinamikayla inkişaf edəcək”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla