AZ

Azyaşlı qızları əxlaqsız əməllərə cəlb edən qadın hakim qarşısında

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadının məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə təqsirli bilinən Abbasova Svetlana Bəylər qızının məhkəmə prosesi aprel ayının 24-də Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, cinayət işində 3 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınıb. 

Azər İsrafilov

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla