AZ

Baş məşqçilərin taleyi növbəti iclasa qalıb

Ölkəmizin aşağı yaş qrupları üzrə yığmalarına baş məşqçi təyinatları hələ də həllini tapmayıb. Belə ki, məsələnin AFFA-da prezident seçkisindən sonra həllini tapacağı bildirilsə də, yenə də hansısa irəliləyiş yoxdu.

Aprelin 2-də prezident seçkisi də keçirildi , İcraiyyə Komitəsinin (İK) yeni tərkibi də müəyyənləşdi. Görəsən, İK-nın hansı iclasında bu məsələ həllini tapacaq? Sualımızın cavabını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədlidə axtardıq:

“Aşağı yaş qruplarının məşqçilərinin müqavilələri daxili əmrlə 3 aylıq uzadılıb. Yəni iyuna kimi artırılıb. İstisna olunmur ki, AFFA İcraiyyə Komitəsinin növbəti toplantısında bu məsələyə də baxıla bilər”.

KAMAL SƏFƏR
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla