AZ

"Arif Babayev deyir, onu göz dəyməsin deyə gizlədirsən" - Xalq artisti

"Bir qolbağım var, onu yadigar kimi saxlayıram. O mənə Heydər Əliyevlə bağlı əziz xatirədir".

Bu fikirləri Hit.az-a Xalq artisti Gülyaz Məmmədova səsləndirib.

“Çox gözəldir, hamı onu qızıl bilir. Bir dəfə sarayda konsert zamanı qolumdan açılıb düşüb, mərhum liderimiz Heydər Əliyev kulis arxasına, sənətkarlarla görüşmək üçün gələndə görüb, tapıb vermişdi. Ona görə həmin qolbağı əzizləyərək saxlayıram. Ustadım Arif Babayev həmişə onu qolumda görəndə zarafatla deyirdi ki, o qolbağ qızıldır, özün göz dəyməsin deyə boynuna almırsan. Həmin qolbağ mənə qızıldan daha qiymətlidir, mənəvi dəyəri var", deyə Xalq artisti bildirib.

Murad

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla