AZ

Azərbaycan Premyer Liqasının sonuncusunu müəyyənləşdirə biləcək tur

Sabah Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

İdman.biz xəbər verir ki, üç gün davam edəcək tur I liqaya yuvarlanacaq komandanın adına aydınlıq gətirə bilər.

“Qəbələ”nin sonuncu pilləni tutması finişə 5 tur rəsmiləşməsi mümkündür. 16 xala malik autsayder “Qarabağ”a uduzsa, “Kəpəz” Premyer Liqadakı yerini qorumaq üçün “Sabah”a məğlub olmamalıdır. Gəncəlilər bir xal qazansa, Kaxaber Tsxadadzenin yetirmələri üçün əlçatmaz olacaq.

“Qəbələ”nin 10-cu, sonuncu yeri rəsmiləşdirməsinə heç-heçəsi də mane olmaya bilər. “Qırmızı-qaralar” “Qarabağ”la matçda bir xal əldə etsə, “Kəpəz”in ev qalibiyyəti Tsxadadzenin yetirmələrini aşağı dəstəyə göndərəcək. Çünki belə olan halda “Qəbələ” çata biləcəyi “Araz-Naxçıvan”a şəxsi oyunlarda uduzur. “Qəbələ” Gəncə klubunun nəticəsindən asılı olmayaraq bu tur 10-cu yeri rəsmiləşdirməməsi üçün mütləq qalib gəlməlidir.

Qeyd edək ki, çempionatda sonuncu yeri tutan komanda I diviziona düşməli olsa da, iştirakçı sayının artırılması ehtimalı da yüksəkdir.

İdman.biz

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla