AZ

Sürücü 6 aydır avtomobili yolun kənarına atıb gedib: təhlükəli vəziyyət - VİDEO

Sürücü aylardın avtomobili yolun hərəkət hissəsində saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradır.

Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, paytaxtın 20 yanvar küçəsində ötən ilin oktyabr ayından etibarən 77-KF-478 qeydiyyat nişanlı “Honda” markalı avtomobil park edilib. Peyk görüntülərində də avtomobilin ərazidə uzun müddətdir dayandığı görünür. 

Sakinlər iddia edir ki, avtomobil digər sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Xüsusilə günün qaranlıq saatlarında sağ zolaqla hərəkətdə olan nəqliyyat vasitələri son anda qəzadan yayına bilib.

Sakinlər aidiyyəti orqanlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla