AZ

Bu, ilin fotosu seçildi

Müstəqil "World Press Photo" təşkilatı aprelin 18-də ilin fotosunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu, Qəzza zolağında hücumdan sonra qucağında ölü qızı tutan fələstinli qadını əks etdirən fotoşəkil olub. 

İlin fotosu kimi tanınan fotonun müəllifi fələstinli fotojurnalist Məhəmməd Salemdir. Onun əsəri “Fələstinli qadın qardaşı qızının bədənini qucaqlayır” adlanır.

Salem 36 yaşlı Fələstin sakini İnas Abu Maamarın şəklini çəkib. Fotoda qadın ağ parçaya bükülmüş beş yaşlı qardaşı qızının cəsədini qucaqlayır. Qız anası və bacısı ilə birlikdə İsrailin Qəzzadakı evlərinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Təşkilat mətbuata açıqlamasında bildirib ki, foto Salemin həyat yoldaşının doğumundan bir neçə gün sonra çəkilib. Fotoqraf özü fotonu “Qəzza zolağında baş verənlərin daha geniş mənasını ifadə edən güclü və kədərli an” kimi təsvir edib.

Gülayə Mecid  

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla