AZ

Azərbaycanlı gənc Moskvada ona irad bildirən şəxsi öldürdü - video

Moskvada 21 yaşlı Azərbaycan vətəndaşı qətl törədib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Rusiya paytaxtının cənub-şərqində baş verib. İstintaqla müəyyən edilib ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov avtomobili Krasnodarskaya küçəsindəki yaşayış binasının yaxınlığındakı səkidə saxlayıb. 25 yaşlı yerli sakin Kirill Kovalyov buna görə ona irad bildirib və nəticədə tərəflər arasınd dava düşüb. Şahin Abbasov Kirill Kovalyova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Zərərçəkən daha sonra xəstəxanada dünyasını dəyişib.

Hazırda şübhəli şəxs axtarılır, faktla bağlı cinayət işi açılıb. Abbasovun qeydiyyat müddətinin bitdiyi və Rusiyada qanunsuz yaşaması barədə məluamt da yayılıb.

Müstəntiqlər müşahidə kameralarından videogörüntülər götürüblər. Şübhəlinin şəxsiyyəti müəyyən edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Seçilən
158
11
Mənbələr
Şərh ()
Bağla