AZ

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Almaniya Xarici İşlər Nazirliyi rus agentlərinin saxlanması ilə əlaqədar Rusiya səfirini çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya səfirini Bavariya federal əyalətində Rusiya xüsusi xidmət orqanlarında işləyən və hərbi infrastruktur obyektlərində təxribat törətmək niyyətində olan iki agentin saxlanılmasından sonra çağırıb.

Nəşrin qeyd etdiyi kimi, səfirin çağırılması Almaniya hökumətinin rus agentlərinin saxlanmasına rəsmi reaksiyası olub.

Saxlanılmanı şərh edən Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, iki şübhəlidən biri çərşənbə günü Federal Məhkəmənin müstəntiq hakimi qarşısına çıxıb. Onun həbs olunmasına qərar verilib, ikincisi isə cümə axşamı məhkəməyə gələcək.

Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib ki, məhbusların məqsədi “bizim Ukraynaya hərbi yardımımızı pozmaqdır”.

“Biz Ukraynaya geniş miqyaslı dəstək verməyə davam edəcəyik və özümüzü qorxutmağa imkan verməyəcəyik”, – o vurğulayıb.

Həbsi ilk olaraq “Spiegel” jurnalı yayıb. Saxlanılan şəxslər Rusiya kəşfiyyat xidmətinin göstərişi ilə Almaniyada təxribat əməliyyatları planlaşdırırdılar.

Nəşrin öyrəndiyi kimi, polis şübhəliləri Bayreutda saxlayıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla