AZ

Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin önəmindən BƏHS ETDİ

"Arzumuz budur ki, bütün məktəblərdə məktəblinin dostları olsun".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün "Məktəblinin dostu" (MD) layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə deyib.

 

"Artıq 8 ilə yaxındır ki, layihə həyata keçirilir. İlk növbədə hər gün 4400-ə qədər məktəbdə milyonlarla insan üz-üzə gəlir. Ayrı-ayrı ailələrdən gələn davranış digər uşaqların həyatına da təsir edir. 1 milyon 500 min uşaq olan mühitdə hansısa bədbəxt hadisə baş verə bilər. Sual verilə bilər ki, niyə məktəb yarana biləcək problemlərin həllini özü həyata keçirmir, MD-yə ehtiyac yaranır? Formalaşmış məktəb mədəniyyəti var. Burada problemləri kənara çıxarmamağa, o cümlədən heç Elm və Təhsil Nazirliyinə də bildirməməyə və məktəb daxilində həll etməyə çalışırlar. Bu tip hadisələrin həllinin tapılması üçün ört-basdır edilməsinin yox, müzakirə edilməsinin tərəfdarıyıq".

 


Firuzə Əliyeva

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla