AZ

İran İsraili nüvə mərkəzlərinə hücum etməklə hədələdi

Bakı. Trend:

İran İsrailin nüvə mərkəzlərinin yerini müəyyən etdiyini vəqarşı tərəf hücum edəcəyi təqdirdə bu mərkəzləri məhv edəcəyinibildirib.

Trend xəbərverir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)Nüvə Müdafiəsi və Təhlükəsizlik bölməsinin rəhbəri, general ƏhmədHəqtəlab deyib.

Onun sözlərinə görə, Tehran bütün hədəflər barədə lazımiməlumata malikdir və İsrailin İrana mümkün hücumu baş verərsə, buhədəfləri məhv etmək üçün güclü raketlər buraxmağa hazırdır.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vədəməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavabolaraq həyata keçirildiyi bildirilir.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatınbaşa çatdığını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla