AZ

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Qazaxıstan Respublikasının Botanika və Fitointroduksiya İnstitutu arasında elmi və elmi-təşkilati fəaliyyətə dair müqavilə imzalanıb.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan bildirilib.

Müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanması və möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla