AZ

Gürcüstanda ara qarışdı – ABŞ-dən xəbərdarlıq edildi

ABŞ Gürcüstanı “xarici agentlər haqqında qanun layihəsi”nin Avropa Birliyi (AB) dəyərlərinə uyğun gəlməməsi ilə bağlı xəbərdarlıqları nəzərə almağa çağırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.

Onun sözlərinə görə, ABŞ bu qanun layihəsinin qəbul ediləcəyi təqdirdə sadə gürcülərin həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarını ləkələyə biləcəyindən dərin narahatdır.

“Hesab edirik ki, vətəndaş cəmiyyəti, jurnalistika, media qurumları istənilən demokratik cəmiyyətin təməl daşlarıdır, Gürcüstan hökumətini bu qanun layihəsinin AB norma və dəyərlərinə uyğun olmadığı və Gürcüstanın iqtisadi inkişaf yolunda irəliləyişinə mənfi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıqları nəzərə almağa çağırırıq”, - Patel bildirib.

Ötən həftədən paytaxt Tiflisdə sözügedən qanun layihəsi ilə bağlı etiraz aksiyaları keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla