AZ

Google  “Nimbus” əleyhinə aksiyalarda iştirak edən 28 əməkdaşını İŞDƏN ÇIXARDI

Google  “Nimbus” proyektinin əleyhinə etiraz aksiyalarında iştirak edən 28 əməkdaşını işdən çıxarıb.

İnterpress.az xəbər verir ki, Google və Amazon İsrailə bulud xidmətləri və məlumat mərkəzləri təqdim etmək üçün “Nimbus” adlı 1,2 milyard dollarlıq müqavilə imzalayıb.

Çərşənbə günü onlarla işçi şirkətin İsrail hökuməti ilə bulud hesablamaları müqaviləsinə etiraz olaraq Nyu York və Kaliforniya ştatının Sunnyvale şəhərlərindəki ofislərində oturaq aksiyalarda iştirak etdikdən sonra Google 28 əməkdaşını işdən çıxarıb.

İşdən çıxarılmalar şirkət rəhbərliyi ilə İsrail hökumətinə texnologiya təchizatına qarşı çıxan işçi fəalları arasında uzun müddətdir davam edən gərginliyi artırıb.

Bir gün əvvəl 9 əməkdaş iki idarənin ərazisinə qanunsuz daxil olmaqda ittiham edilərək həbs edilib.

Google çərşənbə axşamı günü etirazları araşdırmaqda davam edəcəyini bildirib. Sunnyvaledə işçilər Google Cloud-un icraçı direktoru Tomas Kuryanın ofisini tərk etməkdən imtina ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
10
Mənbələr
Şərh ()
Bağla