AZ

"İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyik" - İranlı general

Tehran İsrailin nüvə mərkəzlərinin yerini müəyyənləşdirib. İranın İsrailin hərbi obyektlərinə son hücumuna cavab verəcəkləri təqdirdə, bu mərkəzləri məhv etməyə hazırıq.

Azpost.info xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nüvə müdafiə və təhlükəsizlik bölməsinin komandiri general Əhməd Haktalab deyib.

“Sionist düşmənin nüvə mərkəzlərinin yeri müəyyən edilib və bizim əlimizdə bütün hədəflər haqqında lazımi məlumat var. Onların iddia edilən hərəkətlərinə cavab olaraq, biz hədəfləri məhv etmək üçün güclü raketlər buraxmağa hazırıq”, – general bildirib.

Azpost.info

 

Seçilən
60
4
Mənbələr
Şərh ()
Bağla