AZ

Turan Bayramov Avropa çempionatında hədəfini açıqlayıb

“Avropa çempionatına hazırlığımız yüksək səviyyədədir”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Turan Bayramov (60 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatına tam hazırdır: “Hamı bütün gücünü bu yarışda ortaya qoyur. Düzdür, yeniyetmələr arasında Avropa çempionu olmuşam. Böyüklərdə də əlimdən gələni edəcəm ki, bu titulu qazanam. Qarşımdakı əsas hədəfim Avropa çempionatında özümə layiq şəkildə iştirak etməkdir. Daha sonra dünya çempionatında uğurlu iştirak edərək Olimpiadaya yollanmaq istəyirəm”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla