AZ

Premyer Liqanın üç klubu milli üzvünün transferində maraqlıdır

Ötən mövsümü icarə əsasında “Şamaxı”da və “Kəpəz”də keçirən, cari “futbol ili”ndə eyni şərtlər altında “Araz-Naxçıvan”ın formasını geyinən Abdulla Rzayev yayda iş yerini dəyişə bilər.

21 yaşlı müdafiəçi ilə Premyer Liqanın üç klubu yaxından maraqlanır. Bunlar “Zirə”, “Səbail” və “Kəpəz”dir.

Yayda “Araz-Naxçıvan”la icarə müqaviləsi başa çatacaq Rzayev üçün sözügedən klublar “Sabah”la danışıqlara başlayacaq. “Sabah”ın baş məşqçisi və klub rəhbərliyi razılıq versələr, Abdulla karyerasını bu üç komandadan birində davam etdirəcək.

Uzun müddət ayaq barmağındakı zədəyə görə yaşıl meydanlardan uzaq düşən U-21-in üzvü cari mövsümdə “Araz-Naxçıvan”ın heyətində 22 oyunda meydana çıxıb, 1 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla