AZ

Bu ölkə Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina edəcək

Bakı. Trend:

Finlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddə sığınacaqverməkdən imtina etməyə imkan verən qanun layihəsini parlamentətəqdim edib.

Trend xəbərverirki, bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumatyayıb.

Qanun layihəsinə görə, Finlandiyada sığınacaq istəyən şəxslərmüraciətlərinə baxılan müddətdə qərarı birbaşa sərhəddə və ya onunyaxınlığında gözləməli olacaq və qaçqınların qəbul mərkəzini tərkedə bilməyəcəklər.

Məlumata görə, bu dəyişikliklər Finlandiyanın Rusiya iləsərhədinə və hava limanlarına şamil ediləcək.

Qeyd olunub ki, Finlandiyadan sığınacaq istəyən, lakin imtinacavabı alan şəxsləri daha sürətlə deportasiya etmək mümkünolacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla