AZ

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qərb bu məsələni müzakirə predmeti etməmişdir.Rusiya XİN sözçüsünün bu faktı etiraf etməsi,problemin həlli yolunun olduğunun bildirməsi , problemin nizama salınmasında Rusiyanin oynaya biləcəyi rola aydınlıq gətirməklə yanaşı, görüləcək işlərin həcmcə böyük olacağına işarədir:

Keçən əsrin 80-ci illərinin ikinci yarısından etibarən Ermənistanda başlanmış Miatsum hərəkatı burada yaşayan azərbaycanlıların da həyatında dərin iz buraxmış,Ermənistan rəhbərliyinin millətçi,qaragüruhçu qüvvələrə dəstək verməsi fonunda Ermənistanın türk əsilli vətəndaşları deportasiyaya məruz qalaraq öz tarixi vətənlərini tərk etmək məcburiyyətində qalmışlar.Azərbaycanın Ermənistanla uzun illərdən bəri apardığı danışıqlarda haqlı olaraq qaldırdığı bu məsələlərə rəsmi İrəvan münasibət göstərmək fikrindən uzaq olmuşdur.Azərbaycanı ermənilərlə münasibətdə etnik təmizləmə siyasətində ittiham edən Qərb demək olar ki,bu məsələni müzakirə predmeti etməmişdir.
Rusiya XİN sözçüsünün bu faktı etiraf etməsi,problemin həlli yolunun olduğunun bildirməsi , problemin nizama salınmasında Rusiyanin oynaya biləcəyi rola aydınlıq gətirməklə yanaşı, görüləcək işlərin həcmcə böyük olacağına işarədir.
Problemin həlli isə doğrudan da genişmiqyasli işlərin görülməsini vacib edir.İlk növbədə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalı,sərhəd xətlərinin delimitasiyası həyata keçirilməlidir.Mövcud problemlərin həlli denansifikasiya proseslərinin uğurlarından ,sülh müqaviləsinin imzalanmasından sonra mümkündür.Bəlli problemin həllinə təkcə dövlət strukturları deyil,xalq diplomatiyası çərçivəsində hər iki tərəfdən ictimaiyyətin,elm və mədəniyyət xadimlərinin də cəlb olunmasını zəruri edir.


BiG.Az
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla