AZ

Milli Qəhrəman Şahin Tağıyev xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Demokrat.az bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə bildiriblər.

3 gün öncə xəstəxanaya aparılan Şahin Tağıyevin hazırda vziyyəti stabildir və xəstəxanada müalicə alır.

“İlk gün vəziyyəti kritik ağır olan Şahin Tağıyev həyatdadır. Ümid edirik ki, o yaxın gələcəkdə tamamilə sağalıb öz evinə dönəcək”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Şahin Tağıyev “Qurtuluş” batalyonunun komandiri olub.

Döyüşlərədə şücaətinə görə, Azərbaycan prezidentinin sərəncamı ilə 1992-ci ildə Milli Qəhrəman adı verilib.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla