AZ

Manatın kursunda dəyişiklik : 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli…

Bu il Azərbaycanda dolların bahalaşma ehtimalı aşağıdır. Doğrudur, heç kim deyə bilməz ki, bahalaşma olmayacaq. Amma bəzi mülahizələrə əsaslanaraq deyə bilərəm ki, dolların bu il bahalaşma ehtimalı mümkünsüzdür.

Bu sözləri News24.az-a açıqlamasında  iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, ümummiyyətlə iqtisadiyyatda yox sözü, yoxdur:

“Lakin bəzi mülahizələrə əsasan onu qeyd etmək olar ki, Azərbaycanın ixracında əhəmiyyətli paya malik olan neft-qaz ixracıdır ki, ölkə ixracının 90%-i burada formalaşır. Burada qiymətlər kifayər qədər yüksəkdir. 80-90 dollar arasında neft qiymətləridir. Doğrudur, qazın qiyməti 2022-2023-cü illərdən kəskin aşağı olsa da, ümumi fəsli qiymətlərə uyğundur. Hazırda qiymətlər yaxşıdır. Ölkəyə gələn və ölkədən gedən pullardan əhəmiyyətli üstünlük təşkil edir. Nəzərə alsaq ki, ölkənin icmal-maliyyə planlarında və büdcəsində neftin qiyməti 60 dollara kimi nəzərdə tutulub, indiki qiymətlər  60 dollarlıq qiymətdən 50 % çoxdur və bu cür davam edərsə, hətta ilin sonuna qədər neft fondunda ciddi artım gözləyə bilərik”.

Ekspert həmçinin onu da qeyd edib ki, bu il hər hansı bir ciddi risk gözlənilmir:

“Nəzərə alsaq ki, ölkənin bu il üçün əsas hədəfi infilyasiyanı aşağı salmaq və orada mövqeləri gücləndirməkdir. Buna əsasən 2024-cü il üçün Azərbaycanda risk gözlənilmir. Amma 2025-in sonu və 2026-cı ilin əvvəlinə belə proqnozlar vermək üçün təkcə Azərbaycanın Mərkəzi Bankının mövqeylərinə sahiblənmək yox, həm də dünya enerji bazarı haqqında dəqiq təsəvvürlərə malik olmaq lazımdır”

Mehriban Mirzəzadə



Seçilən
17
Mənbələr
Şərh ()
Bağla