AZ

"Rusiya İranın pərdəarxası oyununa görə..." - Politoloq

“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması Azərbaycan prezidentinin xarici siyasətinin uğurlu nəticəsidir”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O, ABŞ-nin Azərbaycanın bu uguruna kölgə salmağa çalışdığını bildirib:

“Çıxış uğurlu addım olsa da, ABŞ Dövlət Departamentinin sözçüsü çıxışında bu məsələyə toxundu. Sanki sətraltı demək istəyirdi ki, rus kontingenti Qarabağdan niyə çıxdı”.

Politoloqun sözlərinə görə, Rusiya bölgədə İranın siyasi hegemonluğunu istəmir:

“Rusiyanın bölgədə Türkiyəyə olan münasibətində bir yenilikdir. Çünki Rusiya İsraillə olan hadisələrdən sonra Fransa və ABŞ-ın İranla pərdəarxası oyununu da gördü. Rusiya birmənalı şəkildə bölgədə İranın siyasi hakimiyyətinin olmasını istəmir. Mən demirəm ki, Rusiya sülh məramlıdır, Azərbaycana bir şeylər verdi. Amma ən azı Azərbaycan hakimiyyətinin həyata keçirdiyi layihələrə maneçilik törətmədi”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla