AZ

"Aİ nümayəndələri Azərbaycanla sərhəddə kəşfiyyat işləri aparır" - Zaxarova

Aİ-nin Ermənistanda yerləşən mülki monitorinq missiyasının Ermənistan-Azərbaycan nizamlanması prosesinə heç bir müsbət töhfəsi yoxdur.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə açıqlayıb. 

XİN sözçüsünün sözlərinə görə, Aİ missiyası insidentlərin qarşısının alınması baxımından səmərəsizdir: "Əksinə, Aİ nümayəndələri müxtəlif təxribatlara əl atırlar, kəşfiyyat işləri və təbliğat aparırlar. Təəccüblü deyil ki, bu, region ölkələrinin açıq şəkildə rədd edilməsinə səbəb olur. Onlar razılaşırlar ki, Cənubi Qafqazdakı bütün məsələlər region daxilində, dağıdıcı kənar müdaxilə olmadan həll edilməlidir"

Zaxarova qeyd edib ki, ABŞ Aİ vasitəsilə NATO-nu regiona gətirməyə çalışır.

unikal

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla