Rusiya Ukrayna Silahlı Qüvvələrinin “Şimal” komanda məntəqəsinə və S-300 hava hücumundan müdafiə sisteminin iki buraxılış qurğusuna zərbələr endirib.
Herbiand.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumatda o da bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın “Donetsk” əməliyyat-taktiki qrupunun sursat anbarını və 101-ci Qurudan Müdafiə Briqadasının silah və yanacaq anbarlarını da məhv edib.
Nazirliyin məlumatında qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və texnikası da 126 rayonda məğlub olub.
Elnurə İSAXAN