AZ

Adı oyun alqı-satqısında hallanan Azərbəycan klubunun gələcək taleyi bilindi

Mövsüm başlayandan müxtəlif söz-söhbətlər, problemlər içərisində olan “İrəvan” klubunun gələcək planı bəlli olub. Adı oyun alqı-satqısında hallanan komandada ciddi dəyişikliklər gözlənilir.

Növbəti mövsümdən rəhbərlik dəşiyikliyinə gedəcək klub iddialı heyət formalaşdıracaq. “İrəvan” tamamən yenilənmiş heyətlə 2024-2025 mövsümündə I Liqada çempionluq mübarizəsi aparmaq niyyətindədir.

Komanda cari mövsümə də iddialı hədəflərlə başlasa da, maliyyə problemləri və digər məsələlərə görə gözlənilənin uzağında qaldı. Hazırda rəhbərliyin komandadan tək istəyi çempionatın geridə qalan oyunlarında yaxşı nəticə qazanıb, komandanı I Liqada saxlamaqdır.

Xatırladaq ki, hüquq-mühafizə orqanları adı oyun alqı-satqısında hallandığı üçün “İrəvan”ın bir neçə futbolçusunu məsuliyyətə cəlb etmişdi.

İdmanxeber.az

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla