AZ

“Bakı-Əhəng” ASC-nin səhmdarları toplanır

12 iyun 2024-cü il tarixdə, saat 10:30-da  “Bakı-Əhəng” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Koroğlu-Qızıldaş-Sahil yolu, 9-cu km, 1 ünvanında, Cəmiyyətin inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:

1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;

2. Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar.

Seçilən
91
24
Mənbələr
Şərh ()
Bağla