AZ

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.

 

Sfera.az bildirir ki, o, klubun yaxşı müdafiə olunduğunu söyləyib:

 

“Bu gecə çox yaxşı müdafiə olunduq. Söhbət sağ qalmaqdan gedirdi. Ancaq "Real Madrid" də elə bir klubdur ki, onunla oynamaq yaşam mübarizəsidir. Biz həmişə çıxış yolu tapırıq. Penaltilər seriyası başlayanda biz irəliləyəcəyimizə tam əmin idik”.

 

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının yarımfinalına yüksəlib. “Mançester Siti” ilə cavab görüşü 1:1 (ilk görüş 3:3) hesablı bərabərliklə başa çatıb və penaltilər seriyasında rəqiblərindən daha dəqiq (4:3) çıxıb. İlk zərbələrdən sonra madridlilər 0:1 hesabı ilə uduzsalar da, sonradan vəziyyəti dəyişiblər.

 

Fatimə Lətif

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla