AZ

İki rus casusu həbs edildi

İkili vətəndaşlığı olan iki kişi Almaniyada Ukraynaya hərbi dəstəyi zəiflətmək məqsədi ilə təxribat hücumları planlaşdırdıqları üçün həbs edilib.

News24.az xəbər verir ki, səlahiyyətlilərin xarici məxfi xidmətdə işləməkdə günahlandırılan iki şübhəlinin evlərində və iş yerlərində axtarış apardığı bildirilib.

Açıqlamada Dieter S. kimi tanınan şübhəlilərdən birinin 2023-cü ilin oktyabr ayından etibarən Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu qeyd edilib. Diter S.-nin ABŞ qüvvələrinin idarə etdiyi hərbi obyektlər də daxil olmaqla, bombalı hücumlar həyata keçirməyə hazırlaşdığı bildirilib.

İddialara görə, obyektlər arasında Ukrayna əsgərlərinin ABŞ-ın Abrams tanklarını idarə etmək üçün təlim keçdiyi Bavariya əyalətinin cənubunda yerləşən Qrafenvuer ordu bazası var.

Qeyd edək ki, Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini təxribat hücumları planlaşdırmaqda şübhəli bilinən iki nəfərin həbsindən sonra yanına çağırıb.

Günel Məlikzadə


Seçilən
53
Mənbələr
Şərh ()
Bağla