AZ

İran İsraili nüvə obyektlərinə hücum etməklə HƏDƏLƏDİ

İran İsrailin nüvə obyektlərinə hücum etməklə hədələyib.

Interpress.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi Tasnim məlumat yayıb. Bildirilir ki, İranın Talab nüvə mərkəzlərinin mühafizəsi və təhlükəsizliyinə cavabdeh olan İran İnqilabı Keşikçiləri Korpusunun komandiri İsrailin nüvə obyektlərinə zərbə endirməklə hədələyib.

“Sionist düşmənin nüvə mərkəzləri müəyyən edilib. Biz əlimizi tətikdə saxlayırıq və sionistlər bizim nüvə obyektlərimizə hücum edərlərsə, biz İsrailin nüvə obyektlərinə güclü raketlər atacağıq”, – SEPAH komandiri bildirib.

Xuraman Etibarlı

Interpress.az

 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla