AZ

Qubad İbadoğluya yekun ittiham elan edilib

Bakı. Trend:

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubadİbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Trend xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramovməlumat verib.

Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxtapul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmamütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (diniekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələriilə yekun ittiham elan edilib.

Müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonratoplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbsedilib.

Seçilən
17
46
Mənbələr
Şərh ()
Bağla