AZ

Qəzza Səhiyyə Nazirliyindən xəstəxanaları təcili generatorlarla təmin etmək çağırışı

Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi beynəlxalq qurumları böyük sağlamlıq fəlakətinin qarşısını almaq üçün bölgədəki xəstəxanaları təcili yardım generatorları təmin etməyə çağırıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki,  Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, "Qəzzaya edilən hücumların 193-cü günündə xəstəxanalarda 24 saat tam gücü ilə işləyən generatorların dayanacağından böyük qorxu var", ifadəsi işlədilib.

 

Xəbərdarlıq edilib ki, generatorlar dayanarsa Qəzza zolağının yaşadığı fəlakət daha da artacaq.

 

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına etdiyi hücumlarda ən azı 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 797 fələstinli həlak olub, 76 min 464 fələstinli isə yaralanıb.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla