AZ

U-17-nin heyətində dəyişiklik

17 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələnib.

Onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov yığmaya dəvət alıb.

Qeyd edək ki, U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

Seçilən
29
37
Mənbələr
Şərh ()
Bağla