AZ

İranlı general: İsrailin nüvə obyektləri haqqında hər şeyi bilirik

Ölkənin nüvə mərkəzləri tam təhlükəsizlikdədir.

Yenisabah.az Sepahnews-a istinadla xəbər verir ki, bunu İranın nüvə mərkəzlərinin mühafizəsi və təhlükəsizlik korpusunun komandiri briqada generalı Əhməd Haqtələb bildirib.

Onun sözlərinə görə, o, İslam Respublikası silahlı qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu vurğulayıb:

"Sionist düşmənin (İsrail - red.) nüvə mərkəzləri barədə lazımi məlumatlara sahibik. Onun mümkün cavab hərəkətlərinə cavab vermək, müəyyən hədəfləri məhv etmək üçün güclü raketlərdən istifadə olunacaq. Baxmayaraq ki, beynəlxalq protokollara və Beynəlxalq Nüvə Agentliyinin (IAEA) qaydalarına əsasən, nüvə obyektlərinə hücum qadağandır". 

 


Telegram kanalımız
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla