AZ

Ata 4 il əlil qızına təcavüz etdi

Fiziki qüsuru üzündən axsaq yeriyən Gizem B. 2017-ci ildən başlayaraq 4 il ərzində müxtəlif vaxtlarda atası Satulmuş B.-nin ona cinsi təcavüz etdiyini bildirib.

News24.az xəbər verir ki, Satulmuş B.-nin "uşağa cinsi istismar" cinayətindən 18 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.

Satulmuş B.-nin qızına baxmaq üçün vanna otağına yerləşdirdiyi gizli kameraya əks olunan görüntülər iş materiallarına sübut kimi daxil edilib. Görüntü ilə bağlı fayldakı ekspertiza rəyində şübhəli Satulmuş B.-nin duş kabinini görsün deyə vanna otağına gizli kamera yerləşdirdiyi, bir müddət sonra üzü görünməyən bir qadının bucaq içərisinə girdiyi bildirilib. Şübhəli kameranı yerləşdirdiyi yerdən götürərkən, daha sonra kameranın özü görünüşə əks olunub.

İstintaq mərhələsində ifadəsində ittihamı qəbul etməyən Satmış B. qızına çimərkən kömək etdiyini, başqa məqsədi olmadığını, qızına evdə pis davranıldığından şübhələndiyi üçün hamama kamera yerləşdirdiyini iddia edib. 

Qeyd edək ki, məhkəmə iclası təxirə salıb.

Günel Məlikzadə

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla