AZ

Ermənilər Qarabağa gətirmək üçün yeni sülhməramlı tapdı

Rusiya sülhməramlılarının Qarabağdan çıxmasından sonra Ermənistanda yeni “sülhməramlı” axtarışı başlanıb.

Publika.az
xəbər verir ki, “Parlaq Ermənistan” partiyasının sədri, Ermənistan baş nazirinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan “Skandinaviya sülhməramlıları” iddiasından bəhs edib.

O bildirib ki, daha öncə səslənən “Rusiya sülhməramlıları Qarabağı tərk edərlərsə, o zaman, Skandinaviya sülhməramlıları gələcək və təhlükəsizliyi təmin edəcək” fikirlərinin səsləndiyini xatırladıb.

“Bunları deyənlər indi tələb etsinlər ki, Skandinaviya sülhməramlıları Qarabağ gəlsinlər və erməniləri qaytarsınlar. Əgər bunu gündəmə gətirməsələr, mən konkret adlar çəkəcək. Sözlərinə əməl etsinlər. Biz Skandinaviya sülhməramlı kontingentini gözləyirik”, - Marukyan bildirib.

Qeyd edək ki, bu fikri Ermənistan hakimiyyəti irəli sürürdü. Marukyan Rusiya sülhməramlılarının çıxarılması fonunda bu fikirləri ilə hakimiyyəti tənqid edir.

Asif

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla