AZ

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

"Report"un məlumatına görə, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələnib.

Onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov yığmaya dəvət alıb.

Qeyd edək ki, U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

Seçilən
55
37
Mənbələr
Şərh ()
Bağla