AZ

"Qarabağ", "Turan Tovuz", "Səbail"...

"Qarabağ" bu mövsüm Azərbaycan Premyer Liqasında ən çox qol vuran komandadır.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 30 oyunda 83 qol vurub. Bu, hər oyuna ortalama 2,7 qol deməkdir. "Atlılar"ın hücumçusu Olavio Juninyo isə 17 qolla çempionatın bombardiridir.

Qol sayında ikinci sırada "Turan Tovuz" yer alır. Bölgə təmsilçisi 30 matçda 46 qola imza atıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hazırda 42 xalla turnir cədvəlində 6-cı sıradadır.

"Üçlüy"ü 45 qolla "Səbail" tamamlayır. "Dənizçilər" son turlarda uğursuz nəticələrlə yadda qalsa da, demək olar, hər matç fərqlənməyi bacarır.

APL-in ən çox qol buraxanı isə autsayder "Qəbələ"dir. "Qırmızı-qaralar" 30 turda nə az, nə çox 58 qol buraxıblar. 9-cu "Kəpəz" isə 57 qolla bu göstəricidə ikincidir.

Kamil Əhməd
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla