AZ

Parkovkada "razborka": azərbaycanlı moskvalını öldürdü - VİDEO

Azərbaycanlı sürücü maşını səkidə saxladığına görə ona irad bildirən moskvalını bıçaqlayaraq öldürüb.

Bakupost.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətindən bildiriblər.

İstintaqın məlumatına görə, çərşənbə günü 21 yaşlı Azərbaycan vətəndaşı Moskvanın Krasnodarskaya küçəsindəki evlərdən birinin girişində avtomobili səkidə saxlayıb:

"Bu, 24 yaşlı yerli sakinin narazılığına səbəb olub və o, sürücüyə irad bildirib. Nəticədə 21 yaşlı gənc moskvalıya hücum edib, onu döyüb, sonra isə qarnına bıçaq zərbəsi endirib. Kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisəni tərədən şəxs isə qaçıb".

İdarədən qeyd edilib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Artıq müstəntiqlər və kriminalistlər şəhər kameralarının videoyazılarını ələ keçirib və onlara baxıblar. Şübhəli şəxsin kimliyi müəyyən edilib, onun harada olması dəqiqləşdirilir.




Zaur
BakuPost
Seçilən
101
47
Mənbələr
Şərh ()
Bağla