AZ

Altı yaşlı Kübra ağır yanıq xəsarətləri alıb - FOTO

Altı yaşlı Kübra ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Səidə Miriyeva məlumat verib.

Ana Kübranın martın 30-da evdə yandığını bildirib.

“Kübranın altı yaşı var. Ayağında problemlə dünyaya gəlib. Buna görə də sərbəst yeriyə bilmir. Martın 30-da evdə gəzərkən ayağı büdrəyib, stoldan tutmaq istəyərkən stolun üzərindəki qazanı üzərinə aşırıb”.

Səidə Miriyeva övladının həmin gündən xəstəxanaya yerləşdirildiyini deyib.

“Biz Sabirabadda yaşayırıq. Hadisə olan gün biz xəstəxanaya getdik. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alsaq da, hazırda evə çıxmışıq. Kübranın müalicələrini qarşılamaq üçün imkanımız çatmır. Hazırda müalicələri davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 227-65-47.

Kapital Bank: 5239 1517 5785 4917.

Seçilən
162
50
Mənbələr
Şərh ()
Bağla