AZ

2009-cu ildən sonra doğulanlara siqaretsatılmayacaq

Britaniyada siqaret satışı ilə bağlı yeni qanun 2009-cu ildən sonra doğulanları siqaretə həsrət qoyacaq.

"Medicina" xəbər verir ki, yeni qanunda siqaret almaq üçün icazə verilən yaş həddi hər il 1 yaş artırılacaq.


Baş nazir Rişi Sunak tərəfindən dəstəklənən qanun layihəsi İcmalar Palatasında səsə qoyulub.


Ölkənin səhiyyə qurumu rəhbəri siqaretin Alsheymer, infarkt və insult, hətta sonsuzluğa səbəb olduğunu bildirib.

Hər il siqaretə bağlı səbəblərdən ölümlərin sayı 800 min nəfəri keçir.


Layihə 67 əleyhinə 383 səslə qəbul edilib,pLordlar Palatasının iyun ayındamüzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, layihəni kral da dəstəkləyir və təsdiq edib.

Bu qanunla 2009-cu ildən sonra doğulan uşaqlar bu gedişlə ömürlərinin sonuna kimi siqaret ala bilməyəcəklər.


Qanuna əməl erməyənləri cərimələr gözləyir.

Aygün Musayeva

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla