AZ

Füzuli Rzaquliyev: “Bunun üçün də biz ayıq olmalıyıq”

Sülhməramlıların Azərbaycanı tərk etməsi birmənalı şəkildə müsbət addımdır.

Bu  sözləri Herbiand.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bildirib:

“Bu Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsidir. Ümumiyyətlə, sülhməramlı kontingent ölkə ərazisinə “nəzarət”ə gəlməsələr də olardı. Başqa bir dövlərin, işğalçı ölkənin Azərbaycan torpağında nə işi var? Heç vaxt rusun sözünə, erməni sədaqətinə, farsın ibadətinə inanmamalıyıq. Məmməd Əmin Rəsulzadənin tarixi kəlam var. Deyir ki, “Rusiya kiçilib öz tarixi torpaqlarına sığmayınca dünya xalqlarına rahatlıq yoxdur”. Bunun üçün də biz ayıq olmalıyıq. Bu işin arxasında başqa  nüansın və oyunun olmamasından əmin olmalıyıq.”

Emin ŞİRVANZADƏ

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla