AZ

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkar edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı bir avtomat, iki daraq və 43 patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
28
Mənbələr
Şərh ()
Bağla