AZ

“Arsenal” Çempionlar Liqasında “Bayern”in qapazaltısıdır

Məlum olduğu kimi, “Arsenal” Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə mübarizədə məğlub olaraq, mötəbər yarışı tərk edib.

Arena.az məlumat verir ki, “topçular” Londonda 2:2 hesablı heç-heçənin ardından Münhendə 0:1 hesabı ilə büdrəyərək Almaniya nəhəngini yarımfinala buraxıblar.

Bu məğlubiyyətlə İngiltərə klubu bir neçə xoşagəlməz nəticəyə imza atıb.

Əvvəla, sözügedən komanda “Bayern”i 2015-ci ildən bəri məğlub edə bilmir. “Topçular” Almaniya nəhəngini sonuncu dəfə 2015/2016 mövsümü Çempionlar Liqasının qrup mərhələsində, 2015-ci il noyabırn 20-də məğlub ediblər. İngilislərin 2:0 hesabı ilə qalib gəldiyi oyunda qolları Olivye Jiru və Məsut Özil vurmuşdular.

Üstəlik, İngiltərə klubu 2013-cü ildən bəri Münhendə qələbə üzünə həsrətdir. “Topçular” 11 ildir səfərdə “Bayern”ə qalib gələ bilmirlər. Londonluların Münhendəki sonuncu qələbəsi 2013-cü il martın 13-də Çempionlar Liqasının cavab oyununa təsadüf edir – 2:0

Maraqlıdır ki, bu qələbə də “topçular”a ümumi uğur gətirməyib. Belə ki, Londonda keçirilmiş ilk oyunda “Bayern” 3:1 hesabı ilə qalib gəlmiş və səfər qolu sayəsində 1/4 finala yüksəlmişdi. Bundan sonra rəqiblər Münhendə 4 dəfə qarşılaşıblar – 1 oyun heç-heçə, qalan 3 oyun isə Almaniya nəhənginin qələbəsi ilə başa çatıb.

Ümumiyyətlə isə İngiltərə klubu “Bayern”i ardıcıl beş oyundur ki, məğlub edə bilmir. Komandalar arasında son beş rəsmi oyunu nəticələrini təqdim edirik:

  • “Bayern” – “Arsenal” – 1:0 (Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab oyunu);
  • “Arsenal” – “Bayern” – 2:2 (Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunu);
  • “Arsenal” – “”Bayern” – 1:5 (Çempionlar Liqasının 2016/2017-ci il mövsümünün 1/8 final mərhələsinin cavab oyunu);
  • “Bayern” – “Arsenal” – 5:1 (Çempionlar Liqasının 2016/2017 mövsümünün 1/8 final mərhələsinin ilk oyunu);
  • “Bayern” – “Arsenal” – 5:1 (Çempionlar Liqasının 2015/2016 mövsümünün qrup mərhələsinin 4-cü tur oyunu).

Beləliklə, “toçular” cari mövsümdə Çempionlar Liqasında iştirakını başa vurub. “Bayern” isə yarımfinalda İspaniya nəhəngi “Real”la qarşılaşacaq.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla