AZ

Tuxel: “Yarımfinalda dünyanın ən böyük klubu ilə oynayacağıq”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinalında Almaniya nəhənginin “Real”la keçirəcəyi görüşündən danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Ümidvaram ki, bir neçə oyunçumuzu geri qaytaracağıq və heyətdə bəzi digər seçimlərimiz olacaq. Belə oyunlar üçün tam ehtiyat oyunçular skamyasına ehtiyacımız var. Amma komanda işi, fədakarlıq etmək və çətinliklərə birlikdə dözmək istəyi baxımından bugünkü oyun bir meyar idi. Bu səviyyədə oynamaq üçün başqa yol yoxdur.

Mən anlayıram ki, “Real”la yarımfinal tamam fərqli olacaq, çünki ispanların üslubu “Arsenal”dan tamamilə fərqlidir. Bu mövsüm “Real”ın çox oyununu izləmədiyimə görə təəssüflənirəm. Ona görə də açıq-aydın görünür ki, bu, bizim üçün mövsümün ən çətin qarşıdurmalarından biridir. Yarımfinalda dünyanın ən böyük klubu ilə oynayacağıq. Biz bu çağırışı səbirsizliklə gözləyirik və ümidvarıq ki, bu fürsəti qazanacağıq”, deyə Tuxel inamla bildirib.

Komandalar arasında Çempionlar Liqasının ilk yarımfinal oyunu aprelin 3-da Münhendə, cavab oyunu isə mayın 8-də Madriddə keçiriəlcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla