AZ

"Birgə Monitorinq Mərkəzi onsuz da ciddi bir iş görmürdü" - Politoloq

“Ağdamda qurulmuş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi onsuz da son dövrlər elə bir ciddi iş görmürdü. Onun fəaliyyətini dayandıracağı bəlli bir məsələ idi".



Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, monitorinq mərkəzində qalan rus hərbçilərin oranı tərk etdiyini bildirib:

“Bununla bağlı razılığa gəlinmişdi. Bir müddət öncə Türkiyə öz monitorinq qrupunu geri çəkdi. Rusiyanın monitorinq mərkəzi isə gözlədi və Qarabağda olan rus kontingenti ilə birlikdə ərazilərimizdən çıxıb getdilər”.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini dayamdıracağını bildirib.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla